Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 20 nəfər ölüb


Nigeriyanın Rivers əyalətində neft boru kəmərində baş verən partlayışda 20 nəfər həyatını itirib.


Yerli mediada yer alan xəbərlərdə, Rivers əyalətinin Omoku bölgəsində neft şirkətinin borusunu neft oğurlamaq istəyən gənclərin deşdiyi bildirilir.

Bu vaxt baş verən partlayışda 20 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı qeyd edilib.

Səlahiyyətlilər hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyini və partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib.

Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada zaman-zaman neft oğurluğu hadisələri baş verir.

Hökumət bu il ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox ziyan vurulduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu