Minaya düşən gəmidəki türk dənizçilərinin vəziyyəti yaxşıdır


Dunay çayında minaya düşərək sahilə çıxan gəmidə xidmət edən 4 türk dənizçinin sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.



Qara dənizdə Dunay çayı üzərindəki limana taxıl yükləmək üçün yola çıxan Panama bayraqlı mülki gəmi minaya düşüb və partlayıb.

Partlayış nəticəsində 2 dənizçinin yaralandığı və həmin şəxslərə tibbi yardım göstərildiyi bildirilib.

Dəniz İşləri Baş İdarəsi açıqlamasında gəmidə çalışan 4 türk dənizçinin sağlamlıq vəziyyətinin yaxşı olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu