Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb - VİDEO


Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb.


APA xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu "Hovo" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili aşıb. Sürücü A. Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu