Qırğızıstanda təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb


Qırğızıstanın paytaxtı Bişkekdə təlim uçuşu zamanı Mi-8 hərbi tipli helikopterin qəzaya uğradığı bildirilib.



Rəsmi xəbər agentliyi “Kabar”ın məlumatına görə, Qırğızıstan Müdafiə Nazirliyinə aid poliqonda təlim uçuşu həyata keçirən Mi-8 tipli hərbi helikopter eniş zamanı qəzaya uğrayıb.

Xəbərdə qəzada yaralananların olduğu və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Qırğızıstan Müdafiə Nazirliyi hələlik qəza ilə bağlı açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu