Pakistanda Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb


Pakistanın Bəlucistan əyalətində donanma helikopteri qəzaya uğrayıb, helikopterdə olan 3 əsgər həlak olub.


Pakistan Hərbi Dəniz Qüvvələri əyalətin Qvadar şəhərində təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğradığını açıqlayıb.

Vertolyotun texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilən açıqlamada, ikisi Pakistan Hərbi Dəniz Qüvvələrindən yüksək rütbəli 3 əsgərin öldüyü bildirilib.

Hadisə ilə bağlı daha çox təfərrüat verilməyən açıqlamada qəza ilə bağlı araşdırma başlanıldığı açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu