Filippin və Çin sahil mühafizə gəmiləri toqquşub: 4 nəfər yaralanıb


Filippin sahil mühafizə gəmisi mübahisəli Cənubi Çin dənizində Çin sahil mühafizə gəmisi ilə toqquşub, nəticədə 4 filippinli yaralanıb. Filippin sahil mühafizəsi Çini təhlükəli manevrlər etməkdə ittiham edib.


Filippin Sahil Mühafizəsinin sözçüsü Jay Tarriela verdiyi açıqlamada, "BRP Sindangan" sahil mühafizə gəmisinin ordunun təchizat əməliyyatında iştirak edərkən mübahisəli Ayungin Shoal bölgəsində Çin sahil mühafizə gəmisi ilə qarşılaşdığını bildirib.

Tarriela gəminin əməliyyat boyu təhlükəli manevrlər edən Çin sahil mühafizə gəmisinin maneələri ilə üzləşdiyini deyib.

Çin sahil mühafizə gəmisinin yerli vaxtla 06.32-də “qanunsuz hərəkətləri” nəticəsində Filippin sahil mühafizə gəmisi ilə toqquşduğunu açıqlayan Tarriela Filippin gəmisinin zədələndiyini bildirib.

Tarriela, saat 08.15-də təhlükəli manevr edən Çin gəmilərindən birinin Filippin sahil mühafizəsinə aid Unaizah 4 May (UM4) gəmisi ilə toqquşduğunu və Çin gəmilərinin də eyni vaxtda UM4 gəmisinə təzyiqli su səpdiyini açıqlayıb.

Təzyiqli su səbəbiylə gəminin ön şüşəsinin qırıldığını və ən azı 4 personalın yüngül xəsarət aldığını bildirən sözçü Tarriela, yaralılara tibbi yardım göstərildiyini və gəminin Palavan adasına qayıtdığını deyib.

İki ölkənin Cənubi Çin dənizində suverenlik iddiaları gərginliyi artırır. Çin Cənubi Çin dənizinin böyük bir hissəsinə iddia etdiyi halda, Filippin, Bruney, Malayziya, Tayvan və Vyetnam da regionda suverenlik iddiasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu