Çinin sahil mühafizə gəmiləri Yaponiyanın ərazi sularını pozub


Çin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiyanın milli ərazi sularını pozduğu bildirilir.


Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına görə, Çinin 4 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.

Çin gəmiləri Kuba Jima adasının cənub-şərq sahillərinə yaxınlaşaraq Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra bölgədə iki saat qaldıqdan sonra ərazini tərk edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu