Bakıda sürücüyə "saxla" əmri verən yol polisi ilə sakinlər arasında "razborka" düşdü - VİDEO




Bakının Binəqədi rayonunda yol polisinin vətəndaşları məhlələrdə cərimələməsi barədə məlumatlar və video görüntülər yayılıb.

Görüntülərdə yol polisinin sürücünü təqib edərək saxlaması bildirilir. Qeyd edilir ki, polis sürücünü yaşadığı evin həyətində tutub.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsilə əlaqə saxladıq.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbut Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb.

O bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan “Mercedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər.

Sürücü yol polisinin qanuni tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib.

Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub.

O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib.

DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq öz vəzifələrini icra ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu