"Səbail"in keçmiş futbolçusu Çempionlar Liqasının püşkünü atıb


"Səbail" klubunun keçmiş futbolçusu Maykl Essyen UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində iştirak edib.


Artıq karyerasını başa vurmuş sabiq müdafiəçi qrup mərhələsi iştirakçılarının adlarını səbətlərdən çıxarıb. Essyen bu işi İngiltərənin "Çelsi" klubundakı keçmiş komanda yoldaşı Branislav İvanoviçlə birgə yerinə yetirib. Hər iki oyunçu 2011/2012 mövsümündə Çempionlar Liqasının qalibi olub.

Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə "Səbail"ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib.

Qeyd edək ki, "zadəganlar" 2020/2021 mövsümündə də Çempionlar Liqasını qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu