"Hatayspor" Türkiyə Super Liqasında çıxışını dayandırıb


Türkiyədə baş verən güclü zəlzələnin təsir etdiyi nöqtələrdən biri də Hatay vilayətidir.


AFN.az xəbər verir ki, təbii fəlakətdə oyunçularının, çalışanlarının və onların yaxınlarının zərər gördüyü "Hatayspor" futbol komandası Superliqada iştirakını dayandırıb.

Bununla bağlı Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi məlumat açıqlayıb. TFF prezidenti bildirib ki, klub zəlzələ səbəbindən bu mövsüm ölkə çempionatında iştirak etmək istəmir. "TFF-yə məktub göndərərək belə bir qərar verdiklərini açıqlayıblar. Belə bir qərarı digər zəlzələ bölgəsinin komandası olan "Qaziantep" klubu da versə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirməli olacağıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu