Türkiyənin daha 3 klubu çempionatda çıxışını dayandırdı


Türkiyənin daha 3 klubu ölkədə baş verən və çoxsaylı insan təlafatı ilə nəticələnən zəlzələyə görə çempionatda çıxışını dayandırıb.


Bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib.

O, təbii fəlakətdən zərər görmüş şəhərlərin təmsilçilərinin - 2-ci Liqadan “Diyarbakırspor”, 3-cü Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un çempionatdan çəkildiyini bildirib.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarında mübarizə apara biləcəkər.

Xatırladaq ki, daha əvvəl “Hatayspor” və “Qaziantep”in Superliqada, “Yeni Malatyaspor”la “Adanaspor”un 1-ci Liqada, “Adıyaman”ın 2-ci Liqada, “Niğde Anadolu” və “Malatya Arguvanspor”un isə 3-cü Liqada çıxışını dayandırdığı açıqlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu