Zəlzələdə evsiz qalan "Yeni Malatyaspor"un aşpazı səyyar küftə dəzgahı ilə dolanır


Türkiyənin "Yeni Malatyaspor" klubunun aşpazı Səlahəddin Akçınar səyyar küftə piştaxtası açaraq dolanmağa çalışır.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki. Səlahəddin Akçınarın evi fevralın 6-da baş verən dağıdıcı zəlzələdə ciddi xəsarət alıb. Səyyar piştaxtada işləyən 3 uşaq atası Akçınar "Anadolu" Agentliyinə danışarkən şükür edib ki, böyük fəlakətdən sağ çıxıblar.

54 yaşlı Akçınar evinin böyük ziyan gördüyünü və söküləcəyini deyib: "Zəlzələnin ilk günləri bizim üçün çox çətin oldu. Zəlzələdən sonra 8 ailə Yeşiltəpədə bir otaqda bir yerdə qaldı. Qızımın evinə heç bir ziyan dəymədiyi üçün indi orada qalırıq".

4 ilə yaxındır ki, "Yeni Malatyaspor"da aşpaz işlədiyini deyən Akçınar zəlzələlərə görə klubun mübarizə apardığı TFF 1-ci Liqadan çəkilmək qərarına gəldiyini və bu səbəbdən işləyə bilmədiklərini bildirib. Akçınar zəlzələdən 3 ay keçməsinə baxmayaraq, maaşının ancaq yarısını ala bildiklərini və bu səbəbdən maddi sıxıntı yaşadıqlarını bildirib.

Klubda işləməmişdən əvvəl uzun illər ticarətçi işlədiyini açıqlayan Akçınar zəlzələnin şokunu atmağa başlayandan sonra dolanışığını təmin etmək üçün küçənin kənarında skamya quraraq qazandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu