Vilfrid Zaha "Qalatasaray"da!


Türkiyənin "Qalatasaray" klubu tanınmış futbolçu Vilfrid Zahanın transferini reallaşdırıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, sarı-qırmızılı komanda artıq ulduz oyunçunu heyətinə qatıb. Bir neçə dəqiqə öncə Zaha İstanbul hava limanına enib. Sabah müayinələrdən keçdikdən sonra onunla müqavilə bağlanacağı bildirilir.

9 mövsümdür İngiltərənin "Kristal Pelas" komandasında çıxış edən 30 yaşlı hücumçu ötən mövsüm 27 liqa oyununda 7 qol vurub.

Türkiyə mediasında yazılanlara görə V.Zahanı "Fənərbağça" klubu da almaq istəyirdi. Hətta 2,5 aydır ki, onun transferi üçün danışıqlar getdiyi bildirilir. Lakin "Qalatasaray"ın meneceri Erden Timurun cəmi 8 günlük danışıqları ilə Zahanın sarı-qırmızılılara gəlməsi azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu