Erden Timurdan İkardi açıqılaması


"Qalatasaray" klubunun sədr müavini Erden Timur TFF-nin Adi Baş Assambleyasında Mauro İkardinin transferi ilə bağlı sualı cavablandırıb.


AFN.az xəbər verir ki, o, argentinalı hücumçunun transferi ilə bağlı ehtimalın az olduğunu deyib. "Çempionlar Liqasında oynayacağıq. Heyətimizi gücləndirmək istəyirik. Sonsuz səylərimiz var. Bir də Səudiyyə Ərəbistanının reallığı var. Bu reallığı nəzərə alsaq, İkardinin transferi ehtimalı o qədər də yüksək deyil".

Erden Timurun Fransanın PSJ komandası ilə müqaviləsi olan və ötən mövsüm sarı-qırmızılı komandada icarə əsasında çıxış edən Mauro İkardi ilə bağlı bu açıqlaması "Qalatasaray" azerkeşlərini məyus edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu