Rusiyanın İvanova şəhərində Brazilia Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil edilib -


27 yanvar 2024-cü il tarixində Rusiyanın İvanova şəhərində Brazilia Ciu-Citsu üzrə 2-ci dərəcə Qara kəmər sahibi, Braziliya Cui-Citsu döyüş sənətinin Azərbaycanda banisi olan Taleh Həsənov tətərfindən həm Azərbaycan, həm də Beynəlxalq İdman Braziliya Ciu-Citsu Assossasiyasının Azərbaycandakı nümayəndəsi kimi Beynəlxalq seminar təşkil edilib. Heyət seminarda həm Beynəlxaq İdman Braziliiya Ciu-Citsu Assossasiyasının Azərbaycan nümayəndəsi, həm də Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi kimi iştirak edib.

Seminarda 7 klub və 150-yə yaxın idmançı yer alıb. Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim edilib, bəzi müəllimlər kəmər atestasiyasından keçib. Bir qrup müllimə isə məşqçilik serifikatları təqdim edilərək müqavilələr imzalanıb.

Seminar çərçivəsində həmyerlimiz Şahsuvar Məhəddinovun rəhbəri olduğu “Şah döyüş klubu” ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Əldə olunan razılığa görə həmin klubla birlikdə yarışlar təşkli olunacaq və klub həmin yarışlarda Azərbaycanı təmsil edəcək.

Seminarın təşkilatçılığını İvanova şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporası və sözügedən idman növü ilə məşqul olan həmin şəhərin deputatı Yekaterina Kapılova edib.

Qeyd edək ki, Kapılova həm də seminarda iştirak edərək sertifikat əldə edib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu