Şri-Lankada yarış maşını 7 nəfərin ölümünə səbəb oldu - VİDEO


Yarış zamanı yarış maşınının tamaşaçı kütləsinə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb.



Bu barədə aprelin 21-də NDTV məlumat yayıb.

Qeyd edildiyi kimi, avtomobil Fox Hill şossesinin mühafizə olunmayan hissəsində tamaşaçıların üzərinə çıxıb.

Kadrlarda marşalların aşmış maşının yanında dayanaraq digər sürücüləri sürəti azaltmaq üçün xəbərdar etmək üçün sarı bayraqlar dalğalandırdıqları görünür. Bu zaman qırmızı maşın camaatın içərisinə daxil olur.

Hökumət sözçüsü Nihal Talduvanın sözlərinə görə, ölənlər arasında səkkiz yaşlı qız da var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu