Luis Enrikenin 9 yaşlı qızı öldü




"Barselona” klubunun və İspaniya yığmasının keçmiş baş məşqçisi Luis Enrikenin ailəsində ağır itki baş verib.



Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, futbol məşqçisinin 9 yaşlı qızı Xana sümük xərçəngindən vəfat edib.

Luis Enrike 2015-ci ildə "Barselona” ilə Çempionlar Liqasını və 2 dəfə ölkə çempionluğunu qazanmışdı. 49 yaşlı mütəxəssis 9 oyunda İspaniya millisinə rəhəblrik etsə də, qızının xəstəliyinə görə iyun ayında yığma komandadan istefa vermişdi.

Məşhur məşqçi Twitter hesabında qızı ilə bağlı paylaşımı isə hərkəsi kədərləndirib: ”Sənin üçün darıxacağıq. Hərgün xatırlayıb, bir gün görüşmək ümidi ilə gözləyəcəyik".







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu