Çempionlar Liqası və Avroliqada püşk atıldı


Bu gün Çempionlar Liqasında 1/18, Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.



Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə bu raundda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

Çempionlar Liqası
1/8 final mərhələsi


"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)
"Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə)
"Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə)
"Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Barselona" (İspaniya) - PSJ (Fransa)
"Atalanta” (İtaliya) - "Real Madrid ” (İspaniya)
"Sevilya” (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qrup qalibləri ilk matçı səfərdə, ikinci oyunu isə evdə keçirəcək.

Avropa Liqaında "Qarabağ"la eyni qrupda yer almış İspaniya "Vilyarreal"ı Avstriyanın "Zlatsburq" komandasına, İsrailin "Makkabi" (Təl-Əviv) klubu isə Ukraynanı təmsil edən Donetsk "Şaxtyor"una rəqib olub.

Avropa Liqası
1/16 final mərhələsi


"Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)
"Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)
"Real Sosyedad" (İspaniya) - "Mançester Yuneyted" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)
"Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)
"Antverpen" (Belçika) - "Reyncers" (Şotlandiya)
"Slaviya" (Praqa, Çexiya) - "Lester" (İngiltərə)
"Zaltsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)
"Braqa" (Portuqaliya) - "Roma" (İtaliya)
"Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)
"Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)
"Qranada" (İspaniya) - "Napoli" (İtaliya)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"Lill" (Fransa) - "Ayaks" (Niderland)
"Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin 1/8 final mərhələsinin püşkü fevralın 26-da atılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu