BETPRO "Azerlotoreya" -nın distributoru oldu


Betrpro MMC "Azerlotoreya" ASC-nin rəsmi regional distributoru olub.


İlk distributorluq Bərdədə fəaliyyətə başlayıb.

Sözügedən rayondakı distributorluq həm də satış ofisi kimi işləyəcək. Ofis Bərdə şəhəri, H.Əliyev prospektində yerləşir. Distributorluq 13 rayonu əhatə edir.

Qeyd edək ki, "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti (ASC) Prezidentin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu