Lotereya inhisarçısının gəlirləri 52% artıb – Büdcəyə ödəniş isə artmayıb




2018-ci ildə “Azərlotereya” ASC – lotereyada dövlət inhisarçısı biletlərin satışından və digər əməliyyatlardan təxminən 41 milyon manat qazanıb. Bu, əvvəlki ilə nisbətən 52 faiz çoxdur.

Bununla yanaşı, dividendlər şəklində dövlət büdcəsinə 2017-ci ildəki ilə eyni məbləğ – 1 milyon manat ödənilib, deyə lotereya şirkətinin maliyyə hesabatında qeyd olunur.

İl ərzində 36731285 ədəd, o cümlədən 20813900 lotereya bileti satılıb. Satılmış biletlərin sayı 2017-ci ilə nisbətən 52,7% artıb. Biletlərin satışından əldə edilən gəlirlər 40,5 milyon manatdan çoxdur. Uduş fondu 24 milyon 253,2 min manat təşkil edib ki, bu da əvvəlki ildəkindən 42,3 faiz çoxdur. /”Turan”/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu