Bitcoin bahalaşdı


Nəhəng investisiya qurumlarının Bitcoin ETF buraxmağa hazırlaşması, Deutsche Bankın rəqəmsal aktivlərin saxlanması üçün müraciəti kriptovalyutalar üçün dopinq olub. Bitcoin apreldən bəri ilk dəfə 30.000 dolları ötüb.


Wall Street Journal-nın verdiyi xəbərə görə, Citadel Securities, Fidelity və Schwab tərəfindən dəstəklənən kriptovalyuta birjası olan EDX Markets çərşənbə axşamı fəaliyyətə başlayıb. Bu inkişaflar kriptovalyuta bazarına təsir edib.

Bu səhərdən etibarən bitkoin 30 105 dollara satılıb. Bitcoin-in ilin əvvəlindən bu yana artımı 81 faiz təşkil edib. İkinci ən yüksək həcmli kriptovalyuta Ethereum son 24 saatda 5% bahalaşaraq 1908,30 dollara çatıb.

Bu artımlarla kripto pul bazarının ümumi dəyəri 1,18 trilyon dollara çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu