İyun ayında qlobal neft tədarükü təxminən yarım milyon barel artıb


Dünyada gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə 480 min barel artaraq 101 milyon 760 min barrelə çatıb.


Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun ayı üzrə qlobal neft bazarı hesabatına əsasən, bu il qlobal neft hasilatı sutkada 1 milyon 600 min barrel artaraq 101 milyon 500 min barrelə çatacaq. Gələn il hasilat sutkada 1 milyon 200 min barel artaraq 102 milyon 800 min barrelə çatacaq.

IEA, qlobal iqtisadi mənzərənin pisləşməsi səbəbindən tələb artımını keçən ayın hesabatı ilə müqayisədə 220 min barel azaltdığını açıqlayıb. Buna görə qlobal neft tələbi bu il gündəlik 2 milyon 200 min barrel artaraq təxminən 102 milyon 100 min barrelə çatacaq. Tələb artımının 90 faizindən çoxunun İƏİT üzvü olmayan ölkələrdən və əsasən də Çindən gələcəyi gözlənilir.

IEA gələn il üçün qlobal tələb artımını gündəlik 290 min barel artırıb. Qlobal neft tələbatı 2024-cü ildə gündəlik 1 milyon 100 min barel artaraq gündəlik 103 milyon 229 min barrelə çatacaq.

Qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 480 min barrel artaraq 101 milyon 760 min barrelə yüksəlib.

Ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin ümumi hasilatı gündəlik 34 milyon 190 min barel olub. Ən çox istehsal 9 milyon 980 min ilə Səudiyyə Ərəbistanında olub. Onu 4 milyon 170 min ilə İraq və 3 milyon 240 min ilə Birləşmiş Ərəb Əmirlikləri izləyib.

Eyni dövrdə OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı ümumilikdə 67 milyon 570 min barrelə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu