Boykotların hədəfi olan "Starbucks"ın gəlirləri azalıb


ABŞ qəhvə şəbəkəsi "Starbucks" balans hesabatını açıqlayıb.



İsrail-Fələstin müharibəsi səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən olan "Starbucks"ın gəlirləri yanvar-mart dövründə azalıb.

Şirkətin gəlirləri yanvar-mart dövründə illik bazda 2 faiz azalaraq təxminən 8,6 milyard dollara geriləyib. "Starbucks"ın bazar gözləntiləri bu dövrdə 9,1 milyard dollar gəlir olub.

"Starbucks"ın bu dövrdə artması gözlənilən eyni mağaza satışları da 2020-ci ilin sonundan bəri ilk dəfə 4 faiz, mağazalarında da trafik 6 faiz azalıb.

Şirkətin keçən ilin yanvar-mart dövründə 79 sent olan səhm başına qazancı bu ilin eyni dövründə 68 sentə enib. Şirkətin səhm başına 79 sent mənfəət gətirəcəyi gözlənilirdi.

"Starbucks"ın İcraçı Direktoru (CEO) Laxman Narasimhan, şirkətin balans hesabatının açıqlanmasından sonra keçirdiyi investor telekonfransında bu rübdəki performanslarından məyus olduğunu və gözləntiləri doğrultmadığını qeyd edib.

Çətin bir iş mühiti ilə qarşı-qarşıya qaldıqlarını vurğulayan Narasimhan, əvvəlki rübdə də tərs küləklərinin davam etdiyini açıqlayıb.

Bəzi əhəmiyyətli bazarlarda daha ehtiyatlı istehlakçının təsirini hiss etməyə davam etdiklərini ifadə edən Narasimhan, pisləşən iqtisadi görünüşün müştəri trafikinə təzyiq edərək satışlara da təsir etdiyini söyləyib.

Yaxın Şərqdə hələ də iqtisadi dalğalanmalar gördüklərini izah edən Narasimhan, bölgənin uzun müddətli böyümə imkanlarına güvəndiklərini ifadə edib.

"Starbucks" rəhbərləri əvvəlki rübdə satışların yavaşlamasını şirkətin İsrailə münasibətinin yanlış anlaşılması səbəbindən şirkəti hədəf alan boykotlarla əlaqələndiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu