"Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlim keçirilib




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlim keçirilib.



İxracatçı sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulan təlimdə sahibkarların müasir dövrdə menecment problemləri, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyət istiqamətləri, idarəetmə sisteminin hazırlanması, biznes subyektlərinin əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında danışılıb.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, qurum son illər sistemli islahatların nəticəsi kimi qeyri-neft sektorunun inkişafına təsir edəcək alətlərdən istifadə edərək, öz təlim və maarifləndirmə işlərini davam etdirir. Biznes subyektləri arasında korporativ idarəetmə mədəniyyətinin formalaşdırılması nəticəsində ölkəmizin milli istehsala və xarici ticarətə yanaşması daha da müsbətə doğru irəliləyəcək.

Peşəkar biznes təlimçi Fəxri Ağayev isə əlavə edib ki, idarəçilik özəl sektorun əsas ehtiyac duyduğu məsələlərdən biridir: “Peşəkar idarəçi kimi uzun illər kiçik və orta sahibkarlığın inkişafı istiqamətində müxtəlif təlim və konsultasiyalar vermişəm. Düşünürəm ki, ölkəmizin ixraca acılımı çox vacibdir. Ticarət sektorunda işləyən sahibkarlıq subyektlərinin idarəetmə bacarıqlarının daha da artırılması istiqamətində bu gün təşkil edilən təşkil uğurlu keçdi.”

Qeyd edək ki, "Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlimdə sahibkarlıq subyektləri ilə bərabər bir sıra dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənc könüllülər iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu