“Kölgə”də qalmaq istəyənlər üçün qapı bağlı olacaq” - Mikayıl Cabbarov




Bakıda “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda konfrans keçirilir.



“Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, “kölgə” iqtisadiyyatı haqsız rəqabətə yol açır: “Belə olduğu halda şəffaf işləyən sahibkar narazı qalır. Qeyd edim ki, şəffaf işləyənlər üçün yol açıq olacaq. “Kölgə”də qalmaq istəyənlər üçün qapı bağlı olacaq. Biz uzun və çətin yolun ilk pillərini keçmişik. “Kölgə iqtisadiyyatı” dövlət büdcəsinə ciddi təhdid yaradır. Ancaq bu sahə müəyyən qədər ağarmağa başlayıb.

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində əmək münasibətlərini də xüsusilə qeyd etmək lazımdır. Bildirim ki, əmək bazarında leqallaşma prosesi 37 faizə qədər artıb. Ancaq gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı çoxdur.

Əldə olunmuş nailiyyətlərlə yanaşı çətinliklər də var. 2020- ci ildə qarşıya qoyduğumuz vəzifələr isə dəyişməz qalır. Bu “kölgə iqtisadiyyatı” ilə mübarizədir. Mən vicdanlı çalışan bütün sahibkarlara təşəkkür edirəm. Çünki dövlətin iqtisadi tərəqqisi sizlə bağlıdır”.

Nazir həmçinin bir çox statistik rəqəmləri də diqqətə çatdırıb. O qeyd edib ki, əvvəlki illə müqayisədə əmək müqavilərinin sayında 18,4 faiz artım var: " Sosial daxilolmalar 24 faiz, işsizlikdən sığorta üzrə 40 faiz artım var. Yoxlamalar ötən illə müqayisədə 44 faiz azalıb. Büdcəyə daxil olan vergi daxilolmalarının 91 faiz isə könüllü ödəmələr hesabına baş tutub. Hüquqi şəxslərin bank hesabları 19 faiz, fiziki şəxslərin bank hesabları 26 faiz artıb. Həmçinin aktiv ƏDV ödəyicilərinin sayı 37, 5 faiz artıb. Nəticədə ƏDV ödəmələri 16,4 faiz artıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu