İki dövlət şirkətindən də "qidalanan" QSC - 8,6 milyon manatlıq sifarişlər alıb


"Azərenerji" ASC müxtəlif növ elektrik mallarının satınalınması məqsədilə keçirdiyi tenderi yekunlaşdırıb.


AFN.az Marja-ya istinadən xəbər verir ki, qalib şirkət "Electro Service" QSC-dir. "Azərenerji" qalib şirkət ilə məbləği 2 milyon 277 min manat olan müqavilə imzalayıb.

Qeyd edək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınmış və 2000 manat nizamnamə kapitalına malik olan "Electro Service" QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.

Artıq 2022-ci ildə "Electro Service" şirkəti 3-cü dəfədir "Azərenerji"nin tenderində qalib olur. "Azərenerji" "Electro Service" şirkətilə mart ayında 1 milyon 102 min manatlıq (müxtəlif növ elektrik malların satın alınması), iyun ayında isə 1 milyon 670 min manatlıq (müxtəlif növ xüsusi geyimlərin satın alınması üçün) müqavilə imzalayıb.

Ötən il və bu il "Electro Service" QSC "Azərenerji" və "Bakı Metropoliteni" QSC-nin tenderlərində 10 dəfə qalib olub və 8 milyon 602 min manatlıq sifarişlər alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu