Kərə yağının idxalı azalıb - SƏBƏB?


2023-cü ilin yavra-fevral ayları ərzində ölkəyə 14 milyon 723 min manat dəyərində olmaqla 1762 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azalma deməkdir.


AFN.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində bu rəqəm 10 milyon 398 min manat dəyərində olmaqla 2726 ton təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə ölkəyə 78 milyon 856.09 min dollar dəyərində 15 min 34.36 ton, 2022-ci ildə isə 108 milyon 181.88 min dollar dəyərində 18 min 562.77 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. İdxal olunan 1 kq yağın qiyməti 2021-ci ildə 5,2 dollara, 2022-ci ildə 5,8 dollara rəsmiləşib. Beləliklə, idxalda qiymət artımı hər kiloqramda 11 faiz, yaxud 0,6 dollar, manatla ifadə etdikdə isə cəmi 1,02 manat olub. Amma pərakəndə satış qiymətlərində kərə yağının 1 kiloqramında 5 manatdan yuxarı artım baş verib. Bu isə o deməkdir ki, yağı idxal edən sahibkarlar onun qiymətini real əsası olmadan bahalaşdırıblar.
Nəticədə, ölkədəki yüksək inflyasiya əhalinin gəlirlərinin mühüm hissəsini “yediyinə” görə alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Bu isə bumeranq effekti yaradaraq əsassız qiymət artımına gedən inhisarçılara zərər vurur – satılmadığına görə daha az mal gətirməli olurlar ki, bu da onların gəlirlərinin azalmasını şərtləndirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu