Azərbaycanın ixracı azalıb, idxalı artıb


2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7 milyard 171.42 milyon dollar təşkil edib.


Bu, ötən ilin eyni dövrü ilə müqayisədə(2022-ci ilin yanvar-fevralında ticarət dövriyyəsinin həcmi 7 milyard 940.22 milyon dollar təşkil edib-red.) 9,7 faiz azalma deməkdir.
AFN.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, cari ilin ilk iki ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,25 faiz azalmaqla 4 milyard 520.44 milyon təşkil edib. İdxalımız isə əksinə, 34,4 faiz artmaqla 2 milyard 650.98 milyon dollara bərabər olub.
Beləliklə, yanvar-fevral aylarında xarici ticarət üzrə müsbət saldo 53,2 faiz azalmaqla 3 milyard 995.24 milyon dollardan 1 milyard 869.46 milyon dollara düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu