KİV: G7 ölkələri yanvarın 1-dən Rusiyadan gələn brilyantlara qadağa tətbiq edəcək


Yeddilik Qrupu (G7) ölkələri 2024-cü il yanvarın 1-dən Rusiyadan almazlara qadağa tətbiq edəcək.


Bu barədə “Reuters” sammitin bəyanatına istinadən məlumat yayıb.

Yazda üçüncü ölkələrdən Rusiya almazlarının idxalına mərhələli qadağanın tətbiqi planlaşdırılır. Sentyabrın 1-dək isə kobud almazlar üçün “etibarlı yoxlama və sertifikatlaşdırma mexanizmi” yaratmağı planlaşdırırlar.

Qrupun sammiti ilə bağlı bəyanatı artıq Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Sənəddə deyilir: “Biz Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarına idxal məhdudiyyətləri tətbiq edəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu