İki ailə arasında çıxan davada 2 nəfər həyatını itirdi


Türkiyədə iki ailə arasında mübahisə düşüb və silahların işə düşdüyü insidentdə 2 nəfər həyatını itirib
.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, qan donduran vəhşilik Tekirdağın Süleymanpaşa rayonunda baş verib. Dava edən iki ailənin hər birindn bir nəfər silahla qətlə yetirilib.

Süleymanpaşa rayonunun Aydoğdu məhəlləsində aralarında əvvəlcədən ədavət olduğu bildirilən ailələr arasında mübahisə silahlı qarşıdurmaya çevrilib. Hadisə nəticəsində E.G və F.G ağır yaralanıb.

Təcili tibbi yardımla xəstəxanaya aparılan E.G və F.G.-ni xilas etmək mümkün olmayıb.

Polis silahlı 7 şübhəlini saxlayıb. Hadisənin istintaqı davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu