Əmi-qardaşoğlu davası qanla bitdi


Türkiyədə əmi ilə qardaşı oğlu arasında borc məsələsinə görə çıxan silahlı insidentdə qan tökülüb. Davada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ağrıda baş verib. Eyni bağçada iki fərqli evdə yaşayan 30 yaşlı Doğan A. əmisi 42 yaşlı Yaşar A. arasında alver məsələsi üstündə dava çıxıb.

Doğan A-nın açdığı atəş nəticəsində əmi Yaşar A. başından ağır, həyat yoldaşı 37 yaşlı Ayfer A. qəlpələrin ona dəyməsi nəticəsində yüngül xəsarət alıb.

Vəziyyəti ağır olan və Ağrı Təhsil və Araşdırma Xəstəxanasına aparılan Yaşar A.-nın həyatını xilas etmək mümkün olmayıb, o, həyatını itirib.

Həyat yoldaşı Ayfer A.-nın vəziyyətinin yaxşı olduğu öyrənilib.

Şübhəli Doğan A. hadisə yerində cinayət silahı, tüfənglə birlikdə polis qrupları tərəfindən tutularaq nəzarətə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu