23 nəfəri qətlə yetirən şəxsə cəza kəsildi


2019-cu ildə ABŞ-ın Texas ştatında bir mağazada latınları hədəf alan silahlı hücum törədərək 23 nəfəri öldürən müttəhim 90 ömürlük həbs cəzasına məhkum edilib.


Patrik Krusiusun cəzası federal hakim David Guaderramanın sədrliyi ilə iki günlük məhkəmə prosesindən sonra kəsilib.

24 yaşlı şübhəli fevral ayında "nifrət" və "silahlı hücum" ittihamlarını boynuna alıb.

Texas ştatında ayrıca məhkəmədə ölüm cəzası üçün də mühakimə olunan Krisus ona qarşı irəli sürülən "birinci dərəcəli qətl" ittihamını rədd edib.

2019-cu ildə ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Cielo Vista ticarət mərkəzindəki Walmart mağazasına silahlı hücum nəticəsində 23 nəfər həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu