Bakıda həmyerlisinin xəsarət yetirdiyi Çin vətəndaşı xəstəxanada ölüb


Bakıda həmyerlisinin xəsarət yetirdiyi Çin vətəndaşı xəstəxanada ölüb.


Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 18-i Çin vətəndaşı, 1975-ci il təvəllüdlü Pan Yuan Liangın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Çin vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın iyulun 14-də Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirməsi və zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi istintaq edilir.

Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu