Polis bu rayonda 1 tondan artıq narkotik tərkibli bitki məhv etdi


Qaxda 6 mindən artıq narkotik tərkibli bitki məhv edilib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AFN.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Almalı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 417 kiloqram olan 6230 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu