Azyaşlının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açıldı


Kürdəmirdə azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb.



Bu barədə Baş Prokuorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Kürdəmir rayonu sakini 2019-cu il təvəllüdlü H.N-nin (şərti) “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim müayinəsindən keçməsinə baxmayaraq, müayinələr zamanı ağciyərlərin hemorragik pnevmoniyasının müəyyən edilməməsi və onun həmin xəstəlik səbəbindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu