Xaçmazda 66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı


Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb.


AFN.az rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib. Nəticədə Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu