Əhməd Cavadın ev muzeyi yaradılacaq, 130 illiyi qeyd olunacaq


Əhməd Cavadın ev muzeyinin yaradılması, 130 illiyinin qeyd olunması nəzərdə tutulub.


"Report"un məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi Əhməd Cavadın 130 illiyinin keçirilməsi ilə bağlı təkliflər hazırlayır: "Təklif planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək. Daha sonra bununla bağlı işlər həyata keçiriləcək. Eyni zamanda Əhməd Cavadın ev muzeyinin yaradılması məsələsinə də baxılacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu