“Yanvarın 1-dən kitablar ƏDV-dən azaddır, amma proseduru bilən yoxdur” - Şahbaz Xuduoğlu


“Yanvar ayının 1-dən Vergilər Məcəlləsinə əsasən, kitablar ƏDV-dən azaddır. Amma, gərək o kitabların siyahısını Nazirlər Kabineti təsdiq etsin”.


Bunu “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib. O, Vergilər Xidmətinə müraciət etdiklərini qeyd edib: “Proseduru bilən yoxdur. Nazirlər Kabinetində də həmçinin. Bir yol qalır, köhnə qaydalarla kitabları nəşr etmək. Hələ onu demirəm ki, o siyahı necə tərtib olunacaq? Kim tərtib edəcək? Bəs, görəsən, bunun mənası nədir? Bəlkə, senzura yenidən qayıdır? Onda bəs necə olacaq?!”

Qeyd edək ki, 3 dekabr 2021-ci ildə keçirilən Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Dəyişikliklə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu