Bu şəxslərə verilən mükafat saxta çıxdı - AÇIQLAMA/FOTOLAR


"Birləşmiş Millətlər Təşkilatının (BMT) UNCOPA adlı qurumu və ya agentliyi yoxdur. Azərbaycan vətəndaşlarına müxtəlif adda mükafatlar verən bu təşkilatın Cenevrədə yerləşdiyi yazılır. Lakin internetdən onun statusu (QHT? Özəl şirkət?) və digər fəaliyyətləri haqqında məlumat tapa bilmədim. Təşkilatın vebsaytı belə yoxdur".


AFN.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Rəşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, "bir təşkilat istədiyi adama və ya quruma mükafat verə bilər: "Sadəcə bilməyinizi istəyirəm ki, UNCOPA-nın verdiyi mükafatların BMT ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Təəssüf ki, bu hal birinci dəfə baş vermir. Bundan öncə də UNCOPA-dan mükafat almış bəzi dövlət, elm və mədəniyyət təmsilçiləri bunu BMT-nin verdiyini bəyan edib".

R.Hüseynov öz səhifəsində deputat Eldar Quliyev, aktrisa Suğra Bağırzadə, son günlər isə Ruhi Əliyevanın belə mükafat almaları ilə bağlı piar yazı məqalələrin linkini paylaşıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu