“Avroviziya - 2022”nin aparıcıları məlum oldu


Turində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin aparıcılarının adları açıqlanıb.


Bu barədə müsabiqənin saytında xəbər verilib.

Bildirilir ki, builki müsabiqənin aparıcıları Laura Pauzini, Alessandro Kattelan və Mika olacaq; Trio mayın 10-dan 14-dək keçiriləcək mahnı müsabiqəsinin iki yarımfinalını və finalını aparacaq.

Laura Pauzini - italyan müğənnisidir, bir çox nüfuzlu mükafatların, o cümlədən “Qremmi” və “Qızıl Qlobus”un qalibidir.

Alessandro Kattelan – “Total Request Live”, “Le Iene” və “The X Factor” (İtaliya) layihələri ilə tanınan italyan televiziya aparıcısıdır.

Mika - Amerika-Livan əsilli Britaniya müğənnisidir. O, “Səs”in fransız versiyası və “X Factor”un italyan versiyası üzrə mentor olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu