Dövlət Xidməti Şeyx Heydərin baxımsız vəziyyətdəki türbəsi ilə bağlı açıqlama verib


"Şeyx Heydərin türbəsi olduğu ehtimal olunan tarixi tikili 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməyib".


Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində Xızı rayonu Tıxlı kəndinin 3-4 km Şimal-şərqində yerləşən Şeyx Heydər türbəsinin qalıqları yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb: "Təbii təsirlər nəticəsində türbənin az bir hissəsi günümüzə qədər gəlib çıxıb. Onu da qeyd edək ki, bir müddət əvvəl həmin türbənin ön və arxa hissəsində naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edildikdən sonra, Dövlət Xidmətinin Şabran regional idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, belə müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər görülüb".

Xatırladaq ki, Şeyx Heydərin (Şah İsmayıl Xətainin atası) Xızı rayonunun Tıxlı kəndi ərasizində yerləşən türbəsi baxımsız vəziyyətə düşməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Məlumata görə, türbə bir neçə ildir ki, dağılıb, lakin hələ də təmir olunmayıb.

Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu