Gənc yazıçı-şair Tural Həsənlinin yeni çapdan çıxan “KOMA” əsərinin imza günü keçiriləcək


İnsanlar güc sahibi olmaq üçün çalışır, güc və imkanlarını bu yolda səfərbər edirlər. Bir gün buna sahib olduqda sevgisizlikdən yalnızlığa çəkilir və atalara istinadən deyirlər ki, zirvədəkilər yalnızlığa məhkumdur. İnsanı var edən sevgi, məhv edən sevgisizlikdir... KOMA bir dünya nağılı, sevginin kitabıdır...


Gənc yazıçı-şair Tural Həsənlinin yeni çapdan çıxan “KOMA” əsərinin qəhrəmanı Adel Bakıda yaşayan və dünyanın ən zəngin iyirmi adamından biri olan Yusifin qızıdır. Atası ölkə xaricində öldürüldüyü gün bütün zənginliyini bir kənara qoyub istədiyi həyatı yaşamaq üçün magistr məqsədilə İstanbula yollanır. Qarşısına təsadüfən çıxan Jonasa aşiq olur. Baş verən heç nə təsadüf deyilsə və bundan sonra yaşayacağı hər şey planın bir parçasıdırsa, bilmədiyi həyatı bildiyi kimi yaşayan Adelə həyat həqiqət və yalanın sirli qapılarını açacaq.
 
Xatırladaq ki, gənc yazıçı-şair Tural Həsənlinin “Koma” kitabının imza günü 15 may tarixində saat 12:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park
Akademiya” bölməsində keçiriləcəkdir.

Bütün kitabsevənlər dəvətlidir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu