“Yarğı” serialı Beynəlxalq Emmi Mükafatına layiq görülüb


Türkiyədə yayımlanan “Yarğı” serialı Beynəlxalq Emmi Mükafatına layiq görülüb.



Amerika İncəsənət və Elmlər Akademiyası tərəfindən ABŞ-dan kənarda istehsal olunan tamaşalara verilən Beynəlxalq Emmi Mükafatları Nyu Yorkda öz qaliblərinə təqdim olunub.

Nyu York Hilton Midtown otelində keçirilən mərasimdə 20 ölkədən 56 məhsul 14 kateqoriyada təmsil olunub.

Mərasimdə “Ən yaxşı telenovela” nominasiyasında mükafatı Ay Yapım-ın “Yarğı” serialı qazanıb.

Mərasimdə serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Sema Ergenekon və baş rol ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlu iştirak edib.

Kanadanın "Buffy Saint-Marie" sənədli filmi "İncəsənət proqramlaşdırması" üzrə Beynəlxalq Emmi Mükafatına layiq görülüb. Müğənninin 60 ildən çox davam edən karyerasını araşdıran sənədli filmin rejissoru kanadalı rejissor Medison Tomas olub.

Mənbə:Anadolu Ajansı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu