"Hörümçək adam" kostyumu satışa çıxarıldı


Tobey Maquirin "Hörümçək adam 3" filmində geyindiyi kostyum 5500 dollardan başlayan qiymətlə satışa çıxarılıb.



Rejissor Sem Raiminin çəkdiyi "Hörümçək-adam 3" filmində Tobey Maquirin geyindiyi simbiot Hörümçək adam kostyumu hərracda satışa çıxarılıb.

Kostyum 5500 dollardan başlayaraq hərraca çıxarılıb. İkonik film seriallarında aktyorların geyindiyi kostyumların və ya istifadə etdikləri avadanlıqların qiyməti ilə müqayisədə qiymətin aşağı saxlanılmasına səbəb kimi kostyumun pis vəziyyətdə olması göstərilib.

"WebTekno"nun verdiyi xəbərə görə, "Heritage Auctions" tərəfindən satılan kostyumun xüsusilə maska ​​və sinə altındakı deformasiyaları diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu