Pensiyasını orduya bağışlayan Hikmət baba 70 yaşını Şuşada qeyd etdi


Vətən Müharibəsində pensiyasını orduya bağışlayan Hikmət baba 70 yaşını Şuşada qeyd edib.


Bu barədə məlumatı Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov öz sosial şəbəkə hesabında verib. O bildirib ki, nurlu Hikmət babanın ən böyük arzusu çin oldu:

"O, 70 yaşını Şuşada qeyd etdi. Bu gözəl təşəbbüsə görə İTV kanalına təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Hikmət Musayev adlı şəxs müharibə dövründə ordumuz üçün öz təqaüdündən 180 manat köçürmüşdü.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu