İlham Əliyev Davosda Avrasiyanın gələcəyini müzakirə edəcək




Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun yanvarın 22-nə təyin olunmuş “Strateji Proqnoz: Avrasiya” sessiyasında iştirak edəcək.



Görüşlə bağlı müvafiq informasiya Davos Forumunun saytında yerləşdirilib.

İclas Bakı vaxtilə 13:30-14:15-də və ya Mərkəzi Avropa vaxtı ilə 10:30-11:15-də keçiriləcək. Görüş iştirakçıları region üçün 2020-ci ildə strateji prioritetləri müzakirə edəcəklər.

Sessiyanın gündəliyinə iqtisadi imkanların yaradılması, geosiyasi gərginliklərin idarə edilməsi və texnoloji tətbiqetmənin sürətlənməsi kimi məsələlər daxil edilib. Sessiyanın məruzəçiləri Azərbaycan Prezidenti İlham Əliyev, “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Kayrat Kelimbetov (Qazaxıstan) və “VTBBank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin (Rusiya) olacaq.(media.az)

------------------------------------------------------------------------------------------------------------

Fiziki Server

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu