Bundan sonra Moskva ilə üzbəüz qalacağıq - Natiq Cəfərli


Azərbaycan-Ermənistan sərhədində Rusiya qoşunları yerləşdirilir, qonşu ölkə Ermənistan, İran, Türkiyə sərhədindən sonra Azərbaycanla sərhədin qorunmasını da Rusiyaya verir.


AFN xəbər verir ki, bunu REAL sədrinin müavini Natiq Cəfərli deyib. O bildirib ki, Ermənistanın bir tək Gürcüstanla sərhədlərində öz qoşunları olacaq: "Bir müddət sonra Qarabağla bağlı bütün məsələləri rəsmi İrəvan Kremlə dövr edib tamamən oyundan çıxacaq. Bunun üstünlüyü də var, ciddi təhlükələri də. Bir şey dəqiqdir ki, bundan sonra Moskva ilə üzbəüz qalacağıq, Kreml öz "cizgiləri" ilə üzərimizə gəldikcə, gərək bizim də ciddi müdafiəmiz olsun - bu müdafiə xətti isə NATO ölkəsi olan qardaş Türkiyə ilə daha sıx əməkdaşlıqdan keçir.
Bölgəmiz hələ uzun illər çalxalanacaq, bir müddətdən sonra Rusiyanın başı Orta Asiyada ciddi qarışacaq, 20-ci əsrin 30-cu illərində sovetin zorla Əfqanıstana qovduğu "basmaçların" nəvə-nəticələri əllərində silah, dillərində cəlbedici sadə hekayə ilə geri, Orta Asiyaya dönməyə çalışırlar.
Belə vəziyyətdə güclü olmağa məhkum və borcluyuq ki, imkan tapan kimi Cənubi Qafqazı Şimalın soyuq küləklərinin ağır təsirlərindən, dondurucu qucağından qopara bilək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu