Allahşükür Paşazadə: “Ağdam və Şuşa məscidlərindən Azan səsinin gəlməsi ədalətin bərpasıdır”


“Ən böyük sevinclərdən biri Ərdoğanın ailəsi ilə Şuşaya gəlməsi, Şuşa Bəyannaməsinin imzalanmasıdır. Şuşa Bəyannaməsi göstərir ki, gələcəkdə də iki qardaş arasında dostluq münasibətləri davam edəcək, qələbəmiz daimi olacaq”.


Bunu dini konfessiyaların rəhbərləri ilə birgə Şuşaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Protoiyerey Konstanstin: “Prezident zəmanət vermişdi ki, zərər görmüş mədəni-arxitektura abidələri bərpa olunacaq, bunun təsdiqini tapdığını görürük”
QMİ sədri bildirib ki, həm Ağdam, həm də Şuşa məscidindən Azan səsinin gəlməsi ədalətin bərpa olmasıdır: “Şuşaya gələndə gördüm ki, yeni yollar salınır, Şuşa abadlaşdırılır. Bunlara görə, dövlət başçısına, Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu