Azərbaycan XİN İrana başsağlığı verdi


Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.


Bu barədə XİN-in rəsmi rəsmi tvitter hesabında paylaşım edilib.

“İranın Kürdüstan bölgəsində baş vermiş avtomobil qəzası ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Qəzada həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün İranın Kürdüstan bölgəsində sərnişin avtobusu dağlıq ərazidə yamacdan aşıb. Qəza nəticəsində 16 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu