Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edib


Parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında "Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı" müzakirəyə çıxarılıb.


Bəyanatı deputat Nizami Səfərov təqdim edib.

Bəyanatda deyilir: “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin pozulmasına son qoyulmasından, Vətən müharibəsinin başlamasından bir il keçir. Məlum olduğu kimi, Ermənistanın əsassız iddiaları və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə gətirib çıxarmışdı. Azərbaycanlılara qarşı dəhşətli cinayətlər həyata keçirilib, Xocalı və digər soyqırımı aktları törədilib, 877 şəhər, kənd və qəsəbə dağıdılıb, yandırılıb. İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi məhv edilib və ya dağıdılıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu